Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar 2026 12:45

Dövlət İmtahan Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Daha sonra Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edib və ölkəmizin müstəqilliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir daha hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!