Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzinin nəzdində fəaliyyət göstərən e-psixoloq.az internet portalı üzərindən nəzərdə tutulan onlayn psixoloji konsultasiyalar artıq aktivdir

13 May 2022 02:23

Psixoloji konsultasiyaya ehtiyacı olan hər kəs sayt üzərindən qeydiyyatdan keçərək psixoloq qəbuluna yazıla bilər.

Burada psixoloqlarımız tərəfindən aşağıdakı istiqamətlərdə konsultasiyalar təklif olunur:

  • İmtahan iştirakçıları və onların yaxınları üçün imtahan öncəsi dəstək;

  • İmtahan iştirakçıları və onların yaxınları üçün imtahan sonrası dəstək;

  • Abituriyentlər üçün peşə seçimi;

  • Uşaq-valideyn münasibətləri;

  • Məktəbəqədər yaşlılar, uşaqlar və yeniyetmələr üçün psixoloji konsultasiyalar.

Nəzərinizə çatdıraq ki, həftə içi beş gün (bazar ertəsi – cümə) saat 09:00-dan 17:00-dək e-psixoloq.az saytının canlı söhbət pəncərəsinə müraciət edə bilərsiniz.