Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzinin Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsində aparıcı məsləhətçi və məsləhətçi vəzifələri üzrə vakansiya elan edilib

27 İyul 2023 23:32

Hər iki vəzifə üzrə məlumat və tələblərlə aşağıda tanış ola bilərsiniz.

Aparıcı məsləhətçi vəzifəsi 

Struktur bölmə: Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsi, Səriştə və davranışların qiymətləndirilməsi sektoru

Vakant vəzifənin adı:  Aparıcı məsləhətçi 

Qulluq funksiyaları:

  • Situasiya mühakimə testləri üzrə tapşırıqlar hazırlamaq, digər əməkdaşların hazırladıqları test tapşırıqlarının ekspertizasında iştirak etmək;
  • Qiymətləndirmə mərkəzi metoduna daxil olan müxtəlif qiymətləndirmə alətləri (rol oyunları, qərarvermə testləri və s.) hazırlamaq;
  • Funksional səriştələrin ölçülməsi üçün  alətlər hazırlamaq;
  • Səriştələri ölçən alətlərin hazırlanması ilə bağlı metodiki vəsait hazırlamaq;
  • Ümumi səriştələrin ölçülməsi üzrə alətlərin hazırlanması üçün dövlət qulluqçuları ilə müsahibələr keçirmək, real iş situasiyalarından ibarət məlumat bazası yaratmaq, belə müsahibələrin təşkilati məsələləri ilə məşğul olmaq, müsahibə suallarını tərtib etmək;
  • Ümumi səriştələr və digər mövzular üzrə dövlət qulluqçularına təlimlər keçmək, təlim materialları hazırlamaq;
  • Müxtəlif qiymətləndirmə alətlərinin hazırlanması üzrə təşkilatdan kənar test müəllifləri ilə əməkdaşlıq etmək, yeni müəlliflərə təlimlər keçmək, onların hazırladıqları alətlərin ekspertizasında iştirak etmək;
  • Ümumi səriştələrin qiymətləndirilməsi üzrə elektron imtahanların proqram təminatı üçün texniki tapşırıqlar hazırlamaq;
  • Səriştə əsaslı müsahibələri keçirmək;
  • İngilis dilindən mətnləri tərcümə etmək.

    Təhsil tələbləri:  sosial elmlərə aid ixtisaslar üzrə ali təhsil

    İş təcrübəsi: 2 il

    Xarici dil:   ingilis dili - C1

    Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office

    Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz "CV formasını" mövzu bölməsində “Aparıcı məsləhətçi” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 11 avqust 2023-cü il tarixinədək göndərə bilərlər. 

Məsləhətçi (sosial məzuniyyətdə olan işçinin yerinə) vəzifəsi

Struktur bölmə:  Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsi, Səriştə və davranışların qiymətləndirilməsi sektoru

Vakant vəzifənin adı:  Məsləhətçi (sosial məzuniyyətdə olan işçinin yerinə – müddətli)

Qulluq funksiyalar:

  • Situasiya mühakimə testləri üzrə tapşırıqlar hazırlamaq, digər əməkdaşların hazırladıqları test tapşırıqlarının ekspertizasında iştirak etmək;
  • Qiymətləndirmə mərkəzi metoduna daxil olan müxtəlif qiymətləndirmə alətləri (rol oyunları, qərarvermə testləri, simulyasiya tapşırıqları və s.) hazırlamaq;
  • Funksional səriştələrin ölçülməsi üçün  alətlər hazırlamaq;
  • Ümumi səriştələrin ölçülməsi üzrə alətlərin hazırlanması üçün dövlət qulluqçuları ilə müsahibələr keçirmək, real iş situasiyalarından ibarət məlumat bazası yaratmaq;
  • Ümumi səriştələr və digər mövzular üzrə dövlət qulluqçularına təlimlər keçmək;
  • Müxtəlif qiymətləndirmə alətlərinin hazırlanması üzrə təşkilatdan kənar test müəllifləri ilə əməkdaşlıq etmək, onların hazırladıqları alətlərin ekspertizasında iştirak etmək;
  • Ümumi səriştələrin qiymətləndirilməsi üzrə elektron imtahanların proqram təminatı üçün texniki tapşırıqlar hazırlamaq;
  • Səriştə əsaslı müsahibələri keçirmək;
  • İngilis dilindən mətnləri tərcümə etmək.

Təhsil tələbləri: Sosial elmlərə aid ixtisaslar üzrə ali təhsil.

İş təcrübəsi: 2 il

Xarici dil: ingilis dili – B2

Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz "CV formasını" mövzu bölməsində “Məsləhətçi” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 27 avqust 2023-cü il tarixinədək göndərə bilərlər.