Dövlət İmtahan Mərkəzi

"DÖVLƏT QULLUĞU” jurnalının 2-ci nömrəsi nəşr edilib

22 Aprel 2019 02:14

Bu nömrədə “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunu”, “Dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanları barədə statistik məlumatlar (01.04.2019-cu il tarixə)”, “Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış namizədlərin siyahısı (03.01.2019 – 01.04.2019)”, “Ehtiyat kadrlar üzrə 2019-cu ilin I rübü ərzində görülən işlərə dair məlumat” və digər zəruri məlumatlar dərc olunub.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya http://www.abiturient.az/ saytından sifariş etmək olar:

  • Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

  • Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.