Dövlət İmtahan Mərkəzi

Dövlət qulluğu vəzifələrinin A və B növü üzrə noyabrın 6-da keçiriləcək test imtahanlarında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

24 Oktyabr 2025 16:34

İnzibati dövlət qulluğu vəzifələrinin A (AB, AC) və B (BA, BB) növü üzrə 6 noyabr 2025-ci il tarixində keçiriləcək test imtahanlarında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.