Dövlət İmtahan Mərkəzi

Dövlət qulluğuna qəbul müsabiqəsinin test imtahanına hazırlaşan namizədlərin nəzərinə!

22 Oktyabr 2025 16:17

Dövlət qulluğuna qəbul üzrə müsabiqənin İnformasiya texnologiyaları və Qanunvericilik üzrə test imtahanı proqramlarına müəyyən dəyişikliklər edilib. Belə ki, Elektron dövlət bölməsindəki bəzi mövzular qanunvericilikdə edilmiş dəyişikliklər nəzərə alınaraq yeniləri ilə əvəz edilmiş, həmçinin “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu “Qanunvericilik” üzrə proqrama tam şəkildə daxil edilməklə, “İnformasiya texnologiyaları” üzrə proqramdan çıxarılıb.

Proqramlarla buradan  tanış ola bilərsiniz.

Qeyd: Müvafiq dəyişiklik dekabr ayından etibarən keçiriləcək imtahanlara şamil olunacaq.