Dövlət İmtahan Mərkəzi
Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsinə hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib
25 Aprel 2024 04:58
Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar üçün faydalı olacaq “2000 test tapşırığı” toplusu test imtahanı mərhələsində yoxlanılan bilik sahələri – Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkürün yoxlanılması üzrə imtahan proqramları əsasında hazırlanmış açıq və qapalı formalı tapşırıqlardan ibarətdir. Topluya Azərbaycan dili üzrə 300, qanunvericilik üzrə 800, informasiya texnologiyaları üzrə 300, məntiqi təfəkkürün yoxlanılması üzrə 600 test tapşırığı daxildir. Topluda, həmçinin tapşırıqların düzgün cavabları da verilib.
Test toplusunu kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
