Dövlət İmtahan Mərkəzi

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan qruplar üzrə test imtahanı keçirilib

24 Dekabr 2023 20:54

24 dekabr 2023-cü il tarixində  Naxçıvanda Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.

İmtahan Naxçıvan şəhərində 2 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 36 nəzarətçi, 4 buraxılış rejimi əməkdaşı ayrılıb.

Dekabrın 25-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.