Dövlət İmtahan Mərkəzi

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələrə qəbul olmaq üçün test imtahanı keçiriləcək

20 Sentyabr 2024 13:58

Dövlət İmtahan Mərkəzi tərəfindən 22 sentyabr 2024-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək.

İmtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq və kompüterlər vasitəsilə keçiriləcək. İmtahana qeydiyyat 2024-cü il avqustun 21-dən sentyabrın 13-dək aparılıb və bu müddət ərzində 132 namizəd qeydiyyatdan keçib. 

İmtahan saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

  • şəxsiyyəti təsdiq edən sənədin əsli;
  • “İmtahana buraxılış vərəqəsi".