Dövlət İmtahan Mərkəzi

“Dövlət qulluqçularının etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim təşkil edilib

31 Yanvar 2025 14:01

31 yanvar 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə” mövzusunda İqtisadiyyat Nazirliyinin əməkdaşları üçün onlayn təlim keçirilib.

Təlim zamanı iştirakçılara etik davranış qaydaları, qaydaların tətbiqi məsələləri, eləcə də etik müvəkkil barədə geniş məlumat verilib. Eyni zamanda korrupsiya anlayışı, korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar, səlahiyyətli struktur bölmə barədə müzakirələr aparılıb.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.