Dövlət İmtahan Mərkəzi

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb

2 Aprel 2023 00:23

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

Bu gün keçirilən Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb.

İmtahan Bakı şəhərində 3 binada təşkil olunub. İmtahanın idarə olunmasına 9 imtahan rəhbəri, 3 ümumi imtahan rəhbəri, 75 nəzarətçi-müəllim, 9 buraxılış rejimi əməkdaşı ayrılıb.

Aprelin 3-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahanın nəticəsi yaxın 2-3 gün ərzində elan olunacaq.