Dövlət İmtahan Mərkəzi

DSX ilə Türkiyə Silahlı Qüvvələri arasında razılığa əsasən Türkiyənin Tibb Elmləri Universitetinin tibb fakültəsinə sənəd qəbulu davam edir

11 Avqust 2025 16:40

Dövlət Sərhəd Xidməti və Türkiyə Silahlı Qüvvələri arasında razılaşdırılmış Tədbirlər Planına müvafiq olaraq 2025/2026-cı tədris ilində Türkiyə Respublikası Tibb Elmləri Universitetinin tibb fakültəsinə qəbul olmaq məqsədilə IV ixtisas qrupu üzrə 600 baldan yuxarı nəticə göstərmiş abituriyentlər sənədlərini 14 avqust saat 17:00-dək Dövlət Sərhəd Xidmətinə təqdim edə bilərlər.

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 76

Əlaqə nömrəsi: 012 493 62 47