Dövlət İmtahan Mərkəzi

E-imtahanlar və müsahibələrin təşkili departamentində baş məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir

9 Avqust 2025 14:34

Dövlət İmtahan Mərkəzinin E-imtahanlar və müsahibələrin təşkili departamenti Elektron imtahan, yoxlama və müsahibələrin texnoloji təminatı şöbəsində baş məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir.

Qulluq funksiyaları:

  • Kliyent-server texnologiyalarından istifadə etməklə yaradılmış sistemlərlə Mərkəzin test zallarında müxtəlif növ imtahan və testlərin proqram təminatlarının hazırlanması və inkişaf etdirilməsi layihələrində iştirak və ya aparılması;
  • Verilənlər bazası (MS SQL Server və ya mySQL)  ilə işləmək bacarığı (verilənlər bazası dizaynı, SQL sorğuları, stored procedures, views, triggers və s.);
  • SQL sorğularının, indekslərinin və verilənlər bazası strukturunun optimallaşdırılması;
  • Məlumatların ehtiyat nüsxəsinin və bərpasının idarə edilməsi;
  • DBMS-də istifadəçi hərəkətlərinin auditinə nəzarət edilməsi;
  • Müxtəlif növ proqram təminatlarının və API-lərin dəstəklənməsi və inkişaf etdirilməsi;
  • Dövlət qulluğu üzrə əhaliyə göstərilən xidmətlərin elektronlaşmasının təmin edilməsi;
  • Test zallarında olan İKT avadanlıqlarının işlək vəziyyətdə olmasına nəzarət edilməsi və dayanıqlı fəaliyyətin həyata keçirilməsi;
  • Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Tələblər:

  • Təhsil: Ali təhsil (Kompüter elmləri, informasiya texnologiyaları və digər texniki istiqamət üzrə ixtisaslar);
  • İş stajı: Vəzifənin qulluq funksiyalarına uyğun ən azı 3 il iş stajı
  • Kompüter bilikləri: Proqram təmina­tının tərtibi və istismarı (C#, C++, Python, Jscript, PowerShell dillərindən birini), məlumat bazalarının yaradılması, idarə edilməsi, aktuallaşdı­rılması və istifadəsi (MS SQL Server, MySQL sistemlərindən birini)
  • Xarici dil bilikləri: Rus dili – B1; İngilis dili – B1
  • Xüsusi tələblər: Analitik və problem həll etmə bacarığı, yaradıcı yanaşma, güclü kommunikasiya, komanda və fərdi işləmə qabiliyyəti, çoxsaylı tapşırıqları idarəetmə bacarığı, Git və ya digər versiya idarəetmə sistemlərində təcrübə.

Müraciət qaydası:

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Kadrlar uçotunun şəxsi vərəqəsini” dolduraraq mövzu bölməsində “Elektron imtahan, yoxlama və müsahibələrin texnoloji təminatı şöbəsi – baş məsləhətçi” qeyd etməklə 25 avqust 2025-ci il tarixinədək vacancy@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.