Dövlət İmtahan Mərkəzi
Ədliyyə orqanlarına qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərin nəzərinə!
4 May 2026 10:20
Azərbaycan Respublikasının ədliyyə orqanlarına qulluğa qəbul ilə əlaqədar qeydiyyatdan keçmiş namizədlər aşağıda verilmiş keçiddən istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər:
Elektron imtahanlara buraxılış vərəqələrinin çapı xidməti
Test imtahanı 7 may 2026-cı il tarixində saat 16:00-da DİM-in elektron imtahanlar korpusunda (Bakı ş. Binəqədi r. S.S.Axundov, 50) kompüterlər vasitəsilə keçiriləcək.
İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda “İmtahana buraxılış vərəqisi" və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.
