Dövlət İmtahan Mərkəzi

Ədliyyə orqanlarına qəbul imtahanında iştirak etmək üçün sənədləri qəbul edilmiş namizədlərin nəzərinə!

13 Aprel 2026 14:05

Azərbaycan Respublikasının ədliyyə orqanlarına qulluğa qəbul ilə əlaqədar sənədləri qəbul edilmiş namizədlər 13 aprel saat 14:00-dan 28 aprel saat 18:00-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçə bilərlər:

https://exidmet.dim.gov.az/elimt/JusticeTest

Test imtahanı 7 may 2026-cı il tarixində saat 16:00-da DİM-in elektron imtahanlar korpusunda (Bakı ş. Binəqədi r. S.S.Axundov, 50) kompüterlər vasitəsilə keçiriləcək.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat bitdikdən sonra – imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.