Dövlət İmtahan Mərkəzi

“Emosional təzyiq: müəyyən etmək və mübarizə aparmaq” mövzusunda təlim təşkil olunub

27 Noyabr 2025 17:22

27 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun məsləhətçiləri Humay Eminzadə və Fidan Novruzova tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Emosional təzyiq: müəyyən etmək və mübarizə aparmaq” mövzusunda təlim keçirilib.

Təlim zamanı iştirakçılar emosional təzyiqi tanımaq və sərhədləri qorumaq, insanların stressini azaltmaq, münasibətləri sağlam saxlamaq və daha səmərəli ünsiyyət qurmaq barədə məlumatlar əldə ediblər. Emosional sərhədi qorumaq üçün bir neçə sadə texnikaları praktiki olaraq tətbiq ediblər. Bununla yanaşı, təlim zamanı keçirilən praktiki qrup tapşırıqları vasitəsilə real situasiyalarda emosional balansı qorumaq bacarıqları inkişaf etdirilib.

Sonda  iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.