Dövlət İmtahan Mərkəzi

Fənlər üzrə növbəti elmi-metodiki seminarlar keçirilib

28 Fevral 2020 04:39

İngilis dili fənni üzrə seminarda “Reading and Listening Comprehension” adlı təqdimatın müzakirəsi olub.

Azərbaycan dili fənni üzrə seminarda DİM tərəfindən hazırlanmış “Azərbaycan dili – 7” fənn kurikulumu üzrə qiymətləndirmə tapşırıqları kitabçasının təkmilləşdirilməsi məqsədilə müzakirə aparılıb.

Kimya, fizika, ədəbiyyat (rus bölməsi), biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə seminarlarda 16 fevral 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üzrə sınaq imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.

Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.

Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.