Dövlət İmtahan Mərkəzi
Fizika, rus dili, biologiya, tarix fənləri üzrə hazırlıq kurslarının növbəti məşğələləri keçirilib
24 Yanvar 2020 05:51
Fizika, rus dili, biologiya, tarix fənləri üzrə hazırlıq kurslarının ikinci məşğələləri keçirilib. Mövzu “Fənn kurikulumu əsasında tapşırıqların hazırlanması və onların formaları” olmuşdur.
Mövzu ilə bağlı moderatorlar təqdimatlarla çıxış ediblər.
Təqdimatlardan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Kurslarda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Növbəti həftə məşğələlər davam etdiriləcək.
