Dövlət İmtahan Mərkəzi
Göyçay şəhərində Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Şagird-məzun” dövlət elektron məlumat sistemi üzrə təlimatla bağlı seminar-treninqlər keçirilmişdir
26 Oktyabr 2019 03:00
Treninqdə Dövlət İmtahan Mərkəzinin Göyçay RB-si üzrə Göyçay, Ağdaş, Ucar, Zərdab, İsmayıllı, Kürdəmir, Ağsu, Şamaxı və Qobustan rayonlarının təhsil şöbələrinin məsul şəxsləri, həmçinin, həmin rayonların ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri iştirak etmişlər. Keçirilmiş tədbirdə “Şagird-məzun” dövlət elektron məlumat sistemindən istifadə qaydaları, DİM-in ümumtəhsil müəssisələri üzrə təqvim planına uyğun olaraq görüləcək işlər müzakirə edilmiş və iştirakçıların suallarına ətraflı cavab verilmişdir.
