Dövlət İmtahan Mərkəzi

GRE imtahanında iştirak etmək üçün qeydiyyat davam edir

12 Mart 2020 23:05

İmtahana qeydiyyat onlayn şəkildə ETS-in internet səhifəsində yaradılmış şəxsi hesab vasitəsilə həyata keçirilir. GRE imtahanını DİM test mərkəzində vermək istəyən şəxslər qeydiyyat zamanı SEC STN15430A kodu vasitəsilə DİM-i seçə bilərlər.

DİM-də keçirilcək GRE imtahanı haqqında daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Xatırladaq ki, DİM ilə ETS təşkilatı arasında imtahanların idarə olunması istiqamətində (TOEFL iBT və SAT imtahanları) əməkdaşlıq 5 ilə yaxındır davam edir. 2020-ci ildə DİM ETS-in GRE imtahanını keçirmək üçün lisenziya əldə edib.