Dövlət İmtahan Mərkəzi

İctimai səhiyyə və Tibbi profilaktika istiqamətləri üzrə rezidenturaya qəbul olmağa hazırlaşan namizədlərin nəzərinə!

22 May 2025 09:17

İctimai səhiyyə və Tibbi profilaktika istiqamətləri üzrə rezidenturaya qəbulun II mərhələsinin (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) proqramlarında dəyişiklik edildiyini nəzərə alaraq DİM tərəfindən otk.az portalına ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının  modelinə uyğun yeni 7 nömrəli (N7) sınaq imtahanı yerləşdirilib.

Bu istiqamətlər üzrə rezidenturaya qəbul imtahanına hazırlaşan namizədlər aşağıdakı keçid vasitəsilə istənilən vaxt sınaq imtahanında iştirak edərək biliklərini yoxlaya bilərlər:

https://shorturl.at/8E9Oq