Dövlət İmtahan Mərkəzi

İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentində Çağrı mərkəzində mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilib

3 İyul 2024 16:24

Struktur bölmə: İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamenti, Vətəndaş müraciətlərinə baxılması və kargüzarlıq sektoru

Vəzifənin adı:  mütəxəssis - çağrı mərkəzi

Əmək haqqı: 1000 (min) manat

Əmək müqaviləsinin müddəti: 2 (iki) il

Qulluq funksiyaları:

  • Çağrı mərkəzinə daxil olan sualların (sorğuların) birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılması
  • Çağrı mərkəzinə daxil olan müraciətlərin qeydə alınması və icra üçün yönləndirilməsi.

Təhsilə dair tələblər: ali təhsil

İş stajına dair tələb: tələb müəyyən edilmir

Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet.

Xarici dil biliklərinə dair tələblər:   Rus dili

Bilik və bacarıqlar:

  • Azərbaycan dilində səlis, mədəni danışmaq, oxumaq və yazmaq bacarığı;
  • Gərgin rejimdə işləmək bacarığı;
  • Operativlik;
  • Yeniliklərə uyğunlaşmaq;
  • Stresədavamlılıq;
  • Yazılı və şifahi ünsiyyətqurma bacarığı.

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər ”Kadrlar uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində "mütəxəssis - çağrı mərkəzi " qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına  10 iyul 2024-cü il tarixinədək göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.