Dövlət İmtahan Mərkəzi

İdman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanları verəcək abituriyentlərin nəzərinə!

6 May 2025 15:35

2025/2026-cı tədris ili üçün idman istiqaməti üzrə xüsüsi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtlərini təqdim edirik.

Abituriyentlərin qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış) ümumi balı aşağıdakı şərtləri ödədiyi halda onlar qabiliyyət imtahanlarına buraxılırlar. Qabiliyyət imtahanlarına qeydiyyat tarixləri yaxın vaxtlarda elan olunacaq.

Ali təhsil müəssisələrinə qəbul

 Komissiya kodu

 İxtisasın adı

 Müsabiqə şərti

 61

 Məşqçilik (idman növləri üzrə)

70 bal

 62

 Ümumi fiziki hazırlıq

 Kütləvi sağlamlaşdırıcı idman

 Adaptiv bədən tərbiyəsi

80 bal

 63

 Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq   müəllimliyi

80 bal

Tam orta təhsil səviyyəsi üzrə kollecə qəbul

 Komissiya kodu

 İxtisasın adı

 Müsabiqə şərti

 6401

 Fiziki tərbiyə müəllimliyi

50 bal

Ümumi orta təhsil səviyyəsi üzrə kollecə qəbul

 Komissiya kodu

 İxtisasın adı

 Müsabiqə şərti

 152

 Fiziki tərbiyə müəllimliyi

50 bal

Qeyd: Müsabiqə şərtləri və meyarlarla bağlı daha ətraflı məlumatı yaxın tarixlərdə çap olunacaq “Abituriyent” jurnalının İdman istiqaməti üzrə xüsusi buraxılışından əldə edə biləcəksiniz.