İdman istiqamətinə aid məşqçilik (Şahmat) ixtisası üzrə II mərhələ imtahanında iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər
İdman istiqaməti məşqçilik (Şahmat) ixtisası üzrə II mərhələ imtahanında iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən (https://eservices.dim.gov.az/Qabiliyyet/Account/Login) çap edə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanının yeri və tarixi göstərilir.
Abituriyentlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.
DİM tərəfindən 27 iyul 2025-ci il tarixində Məşqçilik ixtisasının Şahmat idman növü üzrə xüsusi qabiliyyət imtahanı keçiriləcək.
İmtahan saat 10:00-da DİM-in Elektron İmtahanlar Korpusunda təşkil olunacaq. Abituriyentlərə ilk 30 dəqiqə ərzində şahmat nəzəriyyəsi və tarixi ilə bağlı 20 test tapşırığı təqdim olunacaq. İmtahanın növbəti 1 saatında abituriyentlər çətinlik şkalası 1700 xal olan kompüterlə 2 oyun oynayacaqlar.
Qeyd edək ki, şahmat idman növü üzrə xüsusi qabiliyyət imtahanının I mərhələsində məqbulqiymət alan 83 abituriyent imtahanın II mərhələsində iştirak hüququ qazanıb.
