Dövlət İmtahan Mərkəzi

İnformasiyalaşdırma və texnoloji təminat departamenti, Məlumat bazalarının yaradılması şöbəsində baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilir

15 Dekabr 2025 17:23

Qulluq funksiyaları:

  • İnformasiyalaşdırma və texnoloji təminat departamentinə təqdim olunmuş adlı siyahılar əsasında kompüter fayllarının yaradılması və yoxlanılması;
  • Rəhbərlik, departament müdiri və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi;
  • İmtahan materiallarının imtahandan əvvəl komplektləşdirilməsinin təşkili və həyata keçirilməsi.

Tələblər:

Ali təhsil:  Texniki ixtisaslar üzrə ali təhsil (kompüter elmləri, informasiya texnologiyaları və mexanika-riyaziyyat üzrə təhsil alanlara üstünlük verilir);

İş stajı: tələb yoxdur;

Kompüter bilikləri: "MS Windows", "MS Office" proqramları, "Internet" və "Outlook" ilə işləmək bacarığı;

Xarici dil bilikləri: İngilis dili – A2, Rus dili – arzuolunandır”;

Xüsusi tələb: Proqramlaşdırma biliklərinə malik olması arzuolunandır

Müraciət qaydası:

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Kadrlar uçotunun şəxsi vərəqəsini” dolduraraq mövzu bölməsində “Məlumat bazalarının yaradılması şöbəsi  – baş mütəxəssis” qeyd etməklə 30 dekabr 2025-ci il tarixinədək vacancy@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.