Dövlət İmtahan Mərkəzi

İngilis dili 4-cü sinif və Русский язык 3-cü siniflər üçün qiymətləndirmə tapşırıqları vəsaitləri nəşr olunub

14 Mart 2021 23:39

Vəsaitə daxil edilən tapşırıqların hər biri Təhsil Nazirliyinin ibtidai siniflərdə istifadə üçün təsdiq etdiyi mövcud dərsliklər əsasında hazır­lan­ıb və şagirdlərin idrakyömümlü, məntiqi, nəzəri bilik və bacarıqlarını yoxlamağa imkan verir. Bu tapşırıqlarla tədris prosesində diaqnostik, formativ, summativ qiymətləndirmə aparmaq mümkündür.

Qeyd edək ki, 4-cü sinif üzrə ingilis dili kitabında dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri də verilib və DİM-in saytında müvafiq audiofayllar yer­ləşdirilib (http://dim.gov.az/news/2504/).

Vəsaitləri DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

  • Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.
  • Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.