Dövlət İmtahan Mərkəzi

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin (subbakalavrların) nəzərinə!

21 İyul 2026 15:15

Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər (subbakalavrlar) müsahibədə iştirak etmək üçün 21 - 25 iyul (saat 23:59-dək) 2026-cı il tarixlərində müvafiq linkə daxil olaraq Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçməlidirlər.

Müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə minimum 50 bal toplamış abituriyentlər iştirak edə bilərlər.

Müsahibədən məqbul qiymət almış abituriyentlər (subbakalavrlar)  ixtisas seçimi zamanı elektron ərizələrində islamşünaslıq ixtisasını  qeyd edə biləcəklər.İslamşünaslıq ixtisası üzrə Dini Psixoloji Komissiya Bakıda fəaliyyət göstərəcək.

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-ci ildə nəşr olunan  xüsusi buraxılışlarında verilib.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz. 

Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olduqca cədvələ əlavə ediləcək.