Dövlət İmtahan Mərkəzi

İyulun 9-da 210, 212, 1601, 1602 və 1701-ci qabiliyyət imtahanı komissiyaları üzrə abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərinə baxılacaq

8 İyul 2025 14:07

3, 4, 7 və 8 iyul 2025-ci il tarixlərində olan qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən apellyasiya komissiyası təşkil ediləcək. Komissiya 210, 212, 1602-ci komissiyalar üzrə rəsm, 1601-ci komissiya üzrə rəngkarlıq, 1701-ci komissiya üzrə isə yapma fənni ilə bağlı müraciətlərə baxacaq.

Apellyasiya komissiyası 9 iyul  2025-ci il tarixində saat 09:00-dan 14:00-dək fəaliyyət göstərəcək.

Tarix

Komissiyanın nömrəsi

Fənn

Ünvan

09.07.2025

210, 212, 1602

rəsm

Bakı şəhəri 167 nömrəli tam orta məktəb ,Yasamal rayonu Şərifzadə küçəsi, 152

09.07.2025

1601

rəngkarlıq

Bakı şəhəri 167 nömrəli tam orta məktəb ,Yasamal rayonu Şərifzadə küçəsi, 152

09.07.2025

1701

yapma

Bakı şəhəri 167 nömrəli tam orta məktəb ,Yasamal rayonu Şərifzadə küçəsi, 152

Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.