Dövlət İmtahan Mərkəzi

İyun ayı ərzində DİM-də keçirilmiş beynəlxalq imtahanlara dair məlumat

1 İyul 2021 03:57

Dövlət İmtahan Mərkəzində cari ilin iyun ayı ərzində bir sıra beynəlxalq imtahanlar keçirilib. Həmin imtahanlar haqqında qısa məlumatı təqdim edirik.

ACCA

Ay ərzində maliyyə, mühasibat uçotu və audit sahələri üzrə peşəkar kvalifikasiya sayılan ACCA-in Financial Accounting (FA) üzrə imtahanında 1 namizəd iştirak edib.

ТРКИ

Beynəlxalq Rus dili xarici dil kimi imtahanında iştirak edən 3 namizəd müvafiq olaraq B1, C1 və C2 səviyyələri üzrə imtahan verib.

Pearson VUE

Test sahəsində fəaliyyət göstərən şirkətlər arasında lider hesab olunan Pearson VUE vasitəsilə Oracle Certification Program, Institute of Internal Auditors və PMI - Project Management Institute kimi qurumların imtahanlarında 4 namizəd iştirak edib.

GRE

Dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsilini almaq üçün tələb olunan GRE (Graduate Record Examinations) imtahanında 1 namizəd iştirak edib.

TOEFL iBT

İngilis dili üzrə oxu, yazı, dinləmə və ünsiyyət bacarıqlarını ölçən TOEFL iBT® (Test of English as a Foreign Language) imtahanında 27 nəfər iştirak edib.

SAT Subject

SAT Subject imtahanında 51 nəfər iştirak edib.

Ay ərzində DİM-də keçirilən beynəlxalq imtahanlarda ümumilikdə 86 nəfər təşkil edib.

DİM-də keçirilən beynəlxalq imtahanlar haqqında ətraflı məlumatla verilmiş keçiddən tanış olmaq mümkündür.