Dövlət İmtahan Mərkəzi

Kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

11 Oktyabr 2022 02:32

Gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində 2022-2023-cü tədris ili üçün istifadəyə verilmiş, təkmilləşdirilmiş 10-cu sinif dərsliyinin 5 bölməsinin təhlili olub.

Qeyd edilən bölmələrdəki yeniliklər, dəyişikliklər müzakirə edilib.

2023-cü ildə I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında dərslikdəki yeniliklər nəzərə alınmayacaq. Çünki imtahan verəcək abituriyentlər tədris prosesində bu dərsliyin əvvəlki illərdə çap olunmuş nəşrini istifadə ediblər.

Növbəti iclaslarda müzakirələr davam edəcək.