Dövlət İmtahan Mərkəzi
“Layihələrin İdarəedilməsi” mövzusunda təlim keçirilib
26 Dekabr 2025 15:19
25 dekabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin əməkdaşı Zeynal Cabarov tərəfindən “Layihələrin idarəedilməsi” mövzusunda təlim keçirilib. Təlimdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak edib.
Təlim zamanı iştirakçılara layihə anlayışı, layihələrin növləri, layihələrdə insan faktoru, ənənəvi layihələr, hibrid layihələr və çevik (agile) layihələr və onların tətbiqi məsələlərinə toxunulub.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
