Dövlət İmtahan Mərkəzi

Magistraturaya aid 68-ci proqram üzrə Naxçıvan Dövlət Universitetinin qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrların nəzərinə!

1 İyul 2025 17:07

Naxçıvan Dövlət Universitetində yeni açılan və qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrların qeydiyyatı (https://eservices.dim.gov.az/qabiliyyet) başlanıb.

Qeydiyyat İnstrumental ifaçılıq (klassik musiqi alətləri ifaçılığı üzrə violin, viola, violonçel, kontrabas, fleyta, klarnet, truba, trombon, valtorna, tuba və xalq çalğı alətləri ifaçılığı üzrə tar, kamança, saz, qanun, qarmon, balaban, nağara) və Vokal sənəti (milli vokal) ixtisasları  üzrə aparılır.

Qeydiyyat prosesi 2 iyul saat 23:59‑dək davam edəcək. 

13 – 17 iyun tarixlərində 68-ci proqram üzrə qeydiyyatdan keçmiş bakalavrlar hazırki prosesə buraxılmırlar.

Xatırladaq ki, 26 iyun tarixində keçirilən qabiliyyət imtahanında müsbət qiymət almış bakalavrlar da Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisaslarını da seçə biləcəklər.

Bakalavrlar “İmtahana buraxılış vərəqəsi” ni 3 iyul tarixindən etibarən  çap edə biləcəklər.

 İmtahan 4 iyul tarixində Naxçıvan şəhərində keçiriləcək.