Dövlət İmtahan Mərkəzi

Magistraturaya informatika üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodik seminar

28 Noyabr 2018 03:52

Seminarda magistraturaya 2019 - 2020-ci tədris ili üçün qəbul imtahanına hazırlaşan bakalavrlara kömək məqsədi ilə “Magistr” jurnalının 2019-cu il tarixli 2-ci nömrəsində çap olunacaq informatika üzrə bilikləri yoxlayan test tapşırığı nümunələri müzakirə olunmuşdur. Tapşırıq nümunələrini seminar iştirakçılarına Magistratura üzrə sektorun məsləhətçisi Səbinə Zülfüqarlı təqdim etmişdir. Seminar iştirakçılarından R. Əzizova, T. Əliyeva, A. Rəhimov, O. İbrahimov və başqaları təqdim olunan test tapşırığı nümunələri ilə bağlı fikirlərini bildirmiş, bəzi tapşırıqların yeniləri ilə əvəz olunmasını məqsədəuyğun hesab etmişlər. Müzakirə nəticəsində ekspertlər tərəfindən bəyənilmiş test tapşırığı nümunələrindən ibarət blok “Magistr” jurnalının 2019-cu il tarixli 2-ci nömrəsində dərc olunaraq bakalavrlara təqdim ediləcək.