Dövlət İmtahan Mərkəzi
Magistraturaya qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları
17 Fevral 2025 10:55
16 fevral 2025-ci il tarixində keçirilmiş magistraturaya qəbul imtahanında istifadə olunan test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları ilə buradan tanış ola bilərsiniz.
Test tapşırıqlarının izahları isə gün ərzində DİM-in internet saytına yerləşdiriləcək.
Xatırladaq ki, imtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
