Dövlət İmtahan Mərkəzi

Magistraturaya qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının izahı

17 Fevral 2025 14:19

16 fevral 2025-ci il tarixində keçirilmiş magistraturaya qəbul imtahanında istifadə olunan test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) ödənişsiz olaraq keçidlərdən (Azərbaycan bölməsi, rus bölməsi) yükləmək mümkündür.

Xatırladaq ki, imtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.