Dövlət İmtahan Mərkəzi

Maliyyə departamentində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir

13 May 2026 15:13

Dövlət İmtahan Mərkəzinin Maliyyə departamenti, İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir.

Əmək funksiyaları

  • Gündəlik maliyyə əməliyyatlarının uçotunun aparılması;
  • Hesab-fakturaların, qaimələrin və digər mühasibat sənədlərinin hazırlanması və sistemə daxil edilməsi;
  • Alış və satış əməliyyatlarının mühasibat proqramında düzgün əks etdirilməsi;
  • Mühasibat sənədlərinin arxivləşdirilməsi və qaydaya salınması;
  • Xəzinədarlıq üzrə əməliyyatların icra edilməsi;
  • Mülki müqavilələr üzrə sosial ayırmalar və vergilərin hesablanıb tutulması;
  • Debitor borcların və verilmiş avansların yoxlanılması;
  • Kreditor borcların və alınmış avansların yoxlanılması;
  • Aylıq hesabatların hazırlanmasında iştirak etmək;
  • Mühasibat proqramında uçotun təmin olunması üçün müvafiq müxabirləşmələrin düzgün aparılması;
  • Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
  • Rəhbərlik, departament müdiri və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.

Tələb olunan bilik və bacarıqlar

  • Ali təhsil: Maliyyə və ya mühasibat ixtisasları üzrə ali təhsil;
  • Staj: minimum 2 il;
  • 1C 8.3, MS Windows və MS Office üzrə yüksək səviyyədə istifadə bacarıqları, o cümlədən bulud texnologiyaları ilə iş təcrübəsi;
  • Uçot və analitik proqram təminatları ilə iş təcrübəsi;
  • Azərbaycan dili-yüksək səviyyə, ingilis dili və rus dili-B1;
  • Detallara diqqət, məsuliyyətlilik, vaxtın effektiv idarə edilməsi, komanda ilə işləmə bacarığı, intizamlılıq, nəticəyönümlülük və stresin idarə edilməsi.

Müraciət qaydası

Vakansiyaya 19 may 2026-cı il tarixinədək  https://portal.dim.gov.az/HR/  linkinə keçid edərək və “Maliyyə-məsləhətçi” vakansiya adını seçərək müraciət edə bilərsiniz.