Dövlət İmtahan Mərkəzi

Mayın 7-də keçiriləcək SAT imtahanı iştirakçılarının nəzərinə!

3 May 2022 21:04

SAT imtahanı 2022-ci il mayın 7-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

İmtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq aşağıdakı tələb olunan sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasport;

2. Buraxılış vərəqəsi – “Admission Ticket”;

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

SAT imtahanları haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar.