Dövlət İmtahan Mərkəzi

Musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət imtahanları ilə əlaqədar Naxçıvan Dövlət Universitetinin nümayəndələri ilə onlayn görüş keçirilib

5 Noyabr 2025 15:45

Görüşdə Dövlət İmtahan Mərkəzinin müvafiq struktur bölmələrinin əməkdaşları və Naxçıvan Dövlət Universitetinin nümayəndələri  iştirak ediblər.

Görüş zamanı növbəti il üçün keçiriləcək qabiliyyət imtahanlarının qəbul şərtləri və qaydaları, eləcə də qiymətləndirmə meyarları və forması ilə bağlı təkliflər müzakirə olunub. Ali təhsil müəssisələri  ilə görüşlər bitdikdən sonra ictimaiyyətə 2026/2027-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının qəbul şərtləri haqqında ətraflı məlumat veriləcək.