Dövlət İmtahan Mərkəzi

Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanlarından müvəffəqiyyət əldə edən abituriyentlərin nəzərinə!

3 İyul 2023 02:41

Musiqi sənəti istiqaməti üzrə nəzəriyyə fənlərindən keçirilən test imtahanlarında iştirak edən abituriyentlər test imtahanlarının nəticələrinə uyğun digər komissiyalar üzrə də qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, qeydiyyat 6 iyul saat 23:59-a qədər aparılacaq.

Nəzəriyyə fənləri üzrə seçim aşağıdakı cədvələ uyğun aparılır. Abituriyentlər ümumilikdə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.


Musiqi sənəti istiqamətinə aid komissiyalar üzrə seçim
 Komissiyalar  Nəzəriyyə fənləri
 
 18, 20, 27, 29, 30, 73 və 75
   
 Harmoniya və solfecio,
 Musiqi ədəbiyyatı
         
 21, 24  Musiqi nəzəriyyəsi və solfecio, Musiqi ədəbiyyatı
           
 19, 22, 23, 25, 26, 28, 31, 32, 36, 71, 72, 74, 76, 83, 93, 95, 96  Musiqi nəzəriyyəsi və solfecio

Komissiyalar üzrə minimal keçid ballarını təqdim edilən linkdən əldə edə bilərsiniz.

https://dim.gov.az/upload/iblock/7e4/7e498201a1bba0172f7736a9a0c44a27.pdf