Dövlət İmtahan Mərkəzi

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2023/2024-cü tədris ili üçün bakalavr səviyyəsinə qəbul elan edir

20 İyun 2023 20:47

Qəbul aparılan ixtisasların siyahısı, qəbul planı, qəbul qaydaları və s. məlumatlarla elanın tam mətnində (Azərbaycan dilində, rus dilində) tanış ola bilərsiniz.

M.V.Lomonosov adına MDU-nun Bakı filialının bakalavr səviyyəsinə qəbul olunmaq haqqında ərizə qəbulu 6 iyul – 9 avqust (saat 16:00-dək) 2023-cü il tarixlərində elektron qaydada aparılacaq. Ərizə göstərilən tarixlərdə filialın msu.az saytında və yaxud dim.gov.az saytında veriləcək keçid vasitəsilə doldurula bilər.

Ətraflı məlumat üçün əlaqə vasitələri:

E-mail: pk@msu.az;

Telefon: (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mob.).