Dövlət İmtahan Mərkəzi

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2024/2025-ci tədris ili üçün bakalavr səviyyəsinə qəbul elan edir

2 İyul 2024 12:02

Qəbul aparılan ixtisasların siyahısı, qəbul planı, qəbul qaydaları və s. məlumatlarla elanın tam mətnində (Azərbaycan dilindərus dilində) tanış ola bilərsiniz.

M.V.Lomonosov adına MDU-nun Bakı filialının bakalavr səviyyəsinə qəbul olunmaq haqqında ərizə qəbulu elektron qaydada 1 avqust saat 12:00-dək aparılacaq. Ərizə göstərilən tarixədək filialın msu.az saytında və yaxud dim.gov.az saytında verilən keçid vasitəsilə doldurula bilər.

Ətraflı məlumat üçün əlaqə vasitələri:

E-mail: pk@msu.edu.az

Əlaqə nömrələri: (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mob.)