Dövlət İmtahan Mərkəzi
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2025/2026-cı tədris ili üçün magistraturaya qəbul elan edir
8 May 2025 12:33
Qəbul aparılan ixtisasların siyahısı, qəbul planı, qəbul qaydaları, imtahan tarixləri və s. məlumatlarla elanın tam mətnində (Azərbaycan dilində, rus dilində) tanış ola bilərsiniz.
M.V.Lomonosov adına MDU-nun Bakı filialının magistratura səviyyəsinə qəbul olunmaq haqqında ərizə qəbulu 12 may – 13 iyun (saat 16:00-dək) 2025-ci il tarixlərində elektron qaydada aparılacaq.
Ərizə Filialın msu.az saytında və yaxud Mərkəzin dim.gov.az saytında verilən keçid vasitəsilə doldurula bilər.
Daha ətraflı məlumat əldə etmək üçün pk@msu.az elektron poçt ünvanına yaza və ya göstərilən telefon nömrələrinə zəng edə bilərsiniz.
Əlaqə nömrələri: (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mob.)
