Dövlət İmtahan Mərkəzi

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı abituriyentləri “Açıq qapı” gününə dəvət edir!

10 Aprel 2023 23:26

“Açıq qapı” günü abituriyentlər:

- 2023/2024-cü tədris ili üçün MDU-nun filialına qəbulun şərtləri və qaydaları ilə tanış olacaq;

- filialın filologiya, tətbiqi-riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr  və magistr səviyyələrində tədrislə bağlı hərtərəfli məlumat alacaq;

- qəbul imtahanlarına hazırlaşmaq üçün lazım olan materialları əldə edə biləcək.

Abituriyentlər üçün həm də filialın fakültələrini təmsil edən moskvalı professor-müəllim heyəti ilə görüş təşkil ediləcək.

“Açıq qapı” günü 15 aprel 2023-cü il tarixində saat 14:00-da keçiriləcək.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 133 ("Elmlər Akademiyası" metrostansiyasının yaxınlığı).

Tədbir bitdikdən sonra (saat 16:00-da) universitetin kampusuna ekskursiya təşkil ediləcək.

Əlaqə telefonu: (012) 598 93 32