Dövlət İmtahan Mərkəzi

Naxçıvanda keçirilən Təsviri sənət istiqamətinə aid 10-cu qabiliyyət imtahanı komissiyası üzrə rəsm fənnindən imtahan verən abituriyentlərin nəzərinə!

12 İyul 2026 12:14

7 iyul 2026-cı il tarixində  Təsviri sənət istiqamətinin 10-cu (rəngkarlıq) komissiyası üzrə Naxçıvan Dövlət Universitetində  keçirilən qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya komissiyası təşkil ediləcək. Apellyasiya komissiyası 13 iyul  2026-ci il tarixində  saat 09:00-dan 13:00-dək fəaliyyət göstərəcək.

 Tarix

 Vaxt

 Komissiyanın   nömrəsi

 Fənn

 Ünvan

13.07.2026

10:00-13:00

10-rəngkarlıq

 rəsm

 DİM-in Naxçıvan   regional bölməsi,   Naxçıvan şəhəri,   Atatürk küçəsi, 3

Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli  və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.