Dövlət İmtahan Mərkəzi

Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin nəzərinə!

12 İyul 2024 10:44

Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qulluğa qəbul ilə əlaqədar sənədləri qəbul edilmiş namizədlər aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər:

https://exidmet.dim.gov.az/elimt/EdliyyeNaxcivan

Test imtahanı 21 iyul 2024-cü il tarixində saat 10:00-da kompüter vasitəsilə elektron qaydada keçiriləcək. İştirakçılar imtahanın başlanma vaxtına ən az bir saat qalmış buraxılış vərəqi və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.