Dövlət İmtahan Mərkəzi

Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin nəzərinə!

17 Aprel 2025 14:19

Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qulluğa qəbul ilə əlaqədar sənədləri qəbul edilmiş namizədlər 17 aprel – 1 may 2025-ci il tarixlərində aşağıda verilmiş keçiddən istifadə etməklə  imtahanda iştirak haqqını (ƏDV ilə birlikdə 118 AZN) ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər:

https://exidmet.dim.gov.az/elimt/EdliyyeNaxcivan

Test imtahanı 11 may 2025-ci il tarixində saat 10:00-da kompüter vasitəsilə Naxçıvan şəhəri, 4 saylı orta məktəbdə (3-cü mərtəbə) elektron qaydada keçiriləcək. İştirakçılar imtahanın başlanma vaxtına ən az bir saat qalmış buraxılış vərəqi və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.