Dövlət İmtahan Mərkəzi

Notariat fəaliyyəti ilə əlaqədar imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin nəzərinə!

17 Oktyabr 2025 14:50

Sənədləri müvafiq qurum tərəfindən qəbul edilmiş notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər 17 oktyabr – 4 noyabr (saat 12:00-dək) 2025-ci il tarixlərində aşağıda verilmiş keçiddən istifadə etməklə  imtahanda iştirak haqqını (ƏDV ilə birlikdə 118 AZN) ödəyərək qeydiyyatdan keçməlidirlər.

https://exidmet.dim.gov.az/elimt/NotariusQeyd  

Test imtahanı 14 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı ş., Süleyman Sani Axundov küçəsi, 50)  kompüterlər vasitəsilə aparılacaq.

"İmtahana buraxılış vərəqəsi"ni imtahan tarixinə bir neçə gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə əldə etmək mümkün olacaq.