Ölkədaxili sərnişin və yük daşımaları, həmçinin beynəlxalq yük daşımaları həyata keçirən sürücülər üçün test imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzi ölkədaxili sərnişin və yük daşımaları, həmçinin beynəlxalq yük daşımaları həyata keçirən sürücülər üçün 29 sentyabr 2026-cı il tarixində imtahan keçirib.
İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.
İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün ümumilikdə 587 namizəd qeydiyyatdan keçib. Onlardan 544 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 353 namizəd (BYD – 53, ÖSD – 91, ÖYD - 209) tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 30 sentyabr və 1 oktyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.
