Dövlət İmtahan Mərkəzi

Peşə tanınması üzrə imtahanda iştirak edəcək xarici ölkələrdə ali təhsil almış şəxslərin nəzərinə!

23 İyun 2023 05:28

Dövlət İmtahan Mərkəzi tərəfindən 9 iyul 2023-cü il tarixində müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün keçirilməsi nəzərdə tutulan peşə tanınması üzrə imtahan sifarişçi Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təxirə salınıb.

İmtahanın tarixi müəyyən olunan kimi DİM-in internet saytında məlumat veriləcək.