Dövlət İmtahan Mərkəzi

“Peşəkar kommunikasiya və emosional zəka: komanda daxili birliyin artırılması” mövzusunda təlim təşkil edilib

17 Noyabr 2025 17:21

17 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun məsləhətçiləri Nərmin Xəlilova və Fidan Novruzova tərəfindən Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “Peşəkar kommunikasiya və emosional zəka: komanda daxili birliyin artırılması” mövzusunda təlim keçirilib.

Təlim zamanı iştirakçılara peşəkar ünsiyyətin əsas prinsipləri, aktiv dinləmə bacarıqları və ünsiyyətdə çətinlik yaradan strategiyalar barədə məlumat verilib. Komandanın səmərəli fəaliyyətində emosional zəkanın rolu, komponentləri və tətbiq sahələri izah olunub. Birliyin əhəmiyyəti, əsas elementləri və komanda daxilində sağlam əməkdaşlığı gücləndirən yanaşmalar vurğulanıb. Daha sonra bu mövzular praktiki tapşırıqlarla möhkəmləndirilib.

 Sonda  iştirakçıların sualları cavablandırılıb.